Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni quyu istismara verib
# 12 avqust 2009 06:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında yeni – 1 878 nömrəli quyunu istismara verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, quyu 2 440 metr dərinlikdən sutkada 34 ton neft verir. Yeni quyu 2006-cı ildə «Neft Daşları» yatağının çoxlaylı 5-ci blokunda istifadəyə verilmiş 1 887 nömrəli platformadan qazılıb. Platforma 36 quyu üçün nəzərdə tutulub və artıq üç il ərzində 18 quyu qazılıb, ümumilikdə bütün işləyən quyular birlikdə sutkada 480 ton neft verir.

Qeyd edək ki, quyuların qazılması «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. Bu il «Neft Daşları»nın 60 illik yubileyinə qazmaçılar daha 6 quyunu istismara buraxacaqlar ki, bu da platformada sutkalıq neft hasilatını 570 tona çatdırmağa imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR