Bank Of Baku

Dünya maliyyə böhranı «Azərikimya» Dövlət Şirkətinə təsir göstərməyib

Dünya maliyyə böhranı «Azərikimya» Dövlət Şirkətinə təsir göstərməyib
# 12 avqust 2009 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı «Azərikimya» Dövlət Şirkətinin fəaliyyətinə təsir etməyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, dünya iqtisadi böhranı şəraitində «Azərikimya» Dövlət Şirkəti 7 500-ə yaxın kimyaçının iş yerinin qorunub-saxlanması və onların işlə təmin edilməsi üzrə stabilliyə nail ola bilib.

Bundan başqa, müəssisə müxtəlif çeşidli kimya məhsulları, o cümlədən xaricə göndərilən məhsulların istehsal həcminin artırmaqda davam edir.

Şirkətdən həmçinin bildirilib ki, yaxın zamanlarda inşasına başlanılacaq yeni neft-kimya kompleksi Azərbaycanın kimya və neft-kimya sənayesinin dünya bazarına daha geniş çeşiddə və daha böyük həcmdə, həm də bütün beynəlxalq standartlara cavab verə biləcək məhsullar çıxarmasına imkan yaradacaq.

Qeyd edək ki, «Azərikimya» Dövlət Şirkəti ötən il əmtəəlik məhsul istehsalını 35,2% artırıb (Etilen-polietilen və «Sintezkauçuk» zavodlarında bu göstərici 41%-i ötüb). Hazırda şirkət 30-dan artıq ölkəyə (Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Hollandiya, Latviya, Gürcüstan və s.) məhsul ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR