Bank Of Baku

Azərbaycan sənayenin inkişafı üzrə dövlət proqramının icrasından imtina edə bilər

Azərbaycan sənayenin inkişafı üzrə dövlət proqramının icrasından imtina edə bilər
# 12 avqust 2009 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış sənayenin inkişafı üzrə dövlət proqramının icrasından imtina edə bilər. Bu barədə «APA-Economics»ə Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov məlumat verib.

Onun sözlərinə görə, buna əsas səbəb «Sənayenin İnkişafı Proqramı»nda olan bir çox məsələlərin 2009-1015-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əks olunmasıdır: «Lakin buna baxmayaraq, biz Alternativ Energetika Proqramını da işləmişik və Azərbaycanda Alternativ Energetika Agentliyi yaradılandan sonra bu proqram qəbul oluna bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR