Bank Of Baku

Azərbaycan yaxın illərdə elektrik enerjisinin ixracını artıra bilər

Azərbaycan yaxın illərdə elektrik enerjisinin ixracını artıra bilər
# 12 avqust 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda elektrik enerjisinin ixracının həcminin artırılması üçün potensial mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda elektrik enerjisinin illik istehsalı 23-24 mlrd. kVt/saata təşkil edir ki, bu həcmi artırmaq üçün böyük potensial və imkanlar mövcuddur: «İstehsalın həcminin artırılması öz növbəsində ixraçın həcminin artırılmasına da səbəb ola bilər».

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi 11,5 mlrd. kVt/saatı yaxın olub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR