Bank Of Baku

Neftə tələbat üzrə proqnozlar artırılıb

Neftə tələbat üzrə proqnozlar artırılıb
# 12 avqust 2009 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Enerji Agentliyi (BEA) 2009-cu və 2010-cu illər üçün dünyada neftə olan tələbat üzrə proqnozunu artırıb. «APA-Economics»in məlumatına görə, cari il üçün bu göstərici əvvəlki proqnoza nisbətən gündəlik 190 min barel artırılaraq 83,9 mln. barelə çatdırılıb, 2010-cu il üçün isə 70 min barel artırılaraq 85,3 mln. barel səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, buna baxmayaraq, 2009-cu ilin proqnozlaşdırılan tələbatı 2008-ci ilin orta göstəricisindən 2,7% aşağıdır. Gələn il üçün proqnozlaşdırılan həcm isə cari ilin proqnoz göstəricisindən 1,7% çoxdur.

Proqnozların yüksəlməsinə əsas olan amillərdən biri kimi Çin tərəfindən enerji daşıyıcılarına olan tələbatın artması ehtimalları göstərilir. Həmçinin, BEA-nın proqnozlarına görə, Şimali Amerika və Avropada tələbatın azalması davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR