Bank Of Baku

Azərbaycan neftinin Ceyhan limanından ixracı 16% artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı 16% artıb
# 12 avqust 2009 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Türkiyənin Ceyhan limanından 3 476 047 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb ki, bu da ötən ayla müqayisədə 15,8% çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında isə bu göstərici 21 014 271 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan neft boru kəməri istismara verilən gündən 2009-cu ilin avqust ayının 1-ə qədər Ceyhan limanından 89 390 322 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR