Bank Of Baku

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinə yeni qrant ayırır

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinə yeni qrant ayırır
# 13 avqust 2009 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TDA) arasında Bakıda tikiləcək yeni tullantı mərkəzinin texniki iqtisadi əsaslandırma sənədinin hazırlanmasına dair qrant sazişi imzalanıb.

«APA-Economics»in məlumatına görə, sazişi ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və TDA-nın Avropa və Avrasiya üzrə icraçı direktoru Devid Hester imzalayıblar. Sazişə əsasən, TDA yeni tullantı mərkəzinin texniki iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün ARDNŞ-a 572 068 ABŞ dolları məbləğində qrant ayıracaq.

Tədbirdə çıxış edən R.Abdullayev ARDNŞ-la TDA arasında artıq ikinci qrant sazişinin imzaladığını bildirib. Belə ki, ilk qrant sazişi Cənub dəhlizin öyrənilməsinə dair imzalanıb. Tərəflər arasında əlaqələrin getdikcə inkişaf etdiyini bildirən R.Abdulayev həmçinin qeyd edib ki, əməkdaşlıq gələcəkdə də davam etdiriləcək və yeni birgə layihələr icra olunacaq.

ARDNŞ-ın ekoloji layihələrə xüsusi önəm verdiyini bildirən R.Abdullayev Dövlət Neft Şirkətinin bu sahədə həyata keçirdiyi layihələr və proqramlardan məlumat verib və qeyd edib ki, hazırda «Bibiheybət» yatağında 5 hektara yaxın ərazi təmizlənib və yaxın gələcəkdə bu sahəni ekoloji təmiz adlandırmaq mümkün olacaq: «Ekoloji sahə çərçivəsində yerinə yetirilən işlər gəlir gətirmir və biz bütün işləri öz gəlirimiz hesabına həyata keçiririk. Biz başa düşürük ki, torpaqların neftlə çirklənməsi problemini biz – neftçilər yaratmışıq və biz də həmin problemi aradan qaldırmalıyıq. Artıq bu istiqamətdə bir sıra işlər yerinə yetirilib».

D.Hester isə öz növbəsində ARDNŞ-ın qlobal maliyyə böhranı dövründə bir sıra layihə həyata keçirməsini xoş təsir bağışladığını vurğulayıb: «Biz ARDNŞ-la əməkdaşlıq əlaqələri qurduğumuzdan məmnunuq və ümid edirəm ki, əməkdaşlıq davamlı olacaq».

Qeyd edək ki, imzalanan saziş çərçivəsində müasir tullantı mərkəzinin yaradılması üçün xarici məsləhətçi şirkətlər arasında tender elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR