Bank Of Baku

Rövnəq Abdullayev: «Türkiyə ilə Rusiya arasında neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi Azərbaycana müsbət təsir göstərəcək»

Rövnəq Abdullayev: «Türkiyə ilə Rusiya arasında neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi Azərbaycana müsbət təsir göstərəcək»
# 13 avqust 2009 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyə ilə Rusiya arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında («Cənub axını» layihəsinin inşasına razılıq) imzalanan sənəd Azərbaycana mənfi deyil, əksinə, müsbət təsir göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəg Abdullayev bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında imzalanan sənəd Azərbaycanın neft-qaz layihələrinə mənfi təsirindən daha çox xeyri var: «Biz enerji resurslarımızı dünya bazarlarına çıxarılmasında diversifikasiyanın tərəfdarıyıq və nə qədər çox boru xətləri olarsa, bu, Azərbaycanın xeyrinədir».

ARDNŞ rəhbəri həmçinin bildirib ki, «Cənub axını», «Nabucco» və bu kimi digər layihələr Azərbaycanın ixrac imkanları daha da genişləndirəcək.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında imzalanan sənəddə Türkiyənin öz ərazisində «Cənub axını» layihəsinin inşasına razılıq verdiyi nəzərdə tutulub. Həmçinin, «Mavi axın-2» layihəsinin inşası ilə bağlı Rusiya və Türkiyənin birgə maraq göstərməsi faktı təsbit olunub. İmzalanmış sənəddə nəzərdə tutulana görə, iki ölkə mütəxəssislərindən ibarət işçi qrupu Samsun-Ceyhan boru kəmərinin inşasında Rusiyanın iştirak imkanlarını araşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR