Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti gələn həftə Türkiyəyə işgüzar səfər edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti gələn həftə Türkiyəyə işgüzar səfər edəcək
# 13 avqust 2009 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İğdırdan (Türkiyə) Naxçıvana qaz kəmərinin tikintisinə dair layihənin hazırlanması və dövlət icazəsinin alınması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti gələn həftə Ankaraya (Türkiyə) səfər edəcək. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəg Abdullayev bildirib.

Onun sözlərinə görə, Türkiyənin «BOTAŞ» şirkəti ilə ARDNŞ sözügedən məsələyə baxacaq: «Çalışacağıq ki, tez bir zamanda icazə məsələlərini həll edək».

R.Abdullayev həmçinin bildirib ki, layihə bütövlüklə ARDNŞ tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə birbaşa Naxçıvan Muxtar Respublikasına göndərilməsinə dair iki ölkə arasında artıq ilkin razılıq əldə olunub. Razılığa əsasən, cari ilin sentyabr ayında bu məsələ ilə bağlı hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq və bu qrup Türkiyə üzərindən Naxçıvana qaz kəməri çəkilməsinin texniki aspektləri ilə məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR