Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti maliyyə böhranının təsirindən çıxır»

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti maliyyə böhranının təsirindən çıxır»
# 13 avqust 2009 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) hazırda dünyada müşahidə olunan maliyyə böhranının təsirindən çıxmaq üzrədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, maliyyə böhranı ümumiyyətlə Azərbaycana təsir etməsə də, ARDNŞ-a müəyyən təsiri olub: «Belə ki, bizim məhsulun 90%-i neftdir, neftin qiyməti isə 3 dəfə aşağı düşüb. Bu da, öz növbəsində bizi proqramlarımızı korrektə etməyimizə gətirib çıxarıb».

ARDNŞ prezidenti həmçinin bildirib ki, şirkət böhrandan çıxmaq ərəfəsindədir. Belə ki, Dövlət Neft Şirkətinin həyata keçirdiyi proqramlar və layihələr artıq öz bəhrəsini verir: «Buna misal olaraq ARDNŞ-ın idarə etdiyi Türkiyənin «Petkim» şirkətinin fəaliyyətini gətirmək olar. Hazırda şirkət 97% həcmlə işləyir və burada gecə istehsal olunan məhsul artıq səhər satılır. Cari ilin ilk yarısında «Petkim»in gəlirləri 30 mln. ABŞ dollarına yaxın olub».

R.Abdullayev ARDNŞ-ın Gürcüstanda həyata keçirdiyi işlərin də gəlir gətirdiyini bildirib. Belə ki, burada ARDNŞ qaz satışını həyata keçirir, həmçinin şirkətin Gürcüstanda yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR