Bank Of Baku

ARDNŞ: Azərbaycan qazının Türkiyəyə nəqli və satışı ilə bağlı məsələlər tezliklə həll olunacaq

ARDNŞ: Azərbaycan qazının Türkiyəyə nəqli və satışı ilə bağlı məsələlər tezliklə həll olunacaq
# 13 avqust 2009 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə «Şahdəniz» və «Şahdəniz-2» qaz yatağının işlənməsi layihəsi çərçivəsində Azərbaycanın Türkiyəyə satacağı təbii qazın həcmi və qiyməti müəyyənləşdiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, «Şahdəniz» və «Şahdəniz-2» üzrə Azərbaycanın Türkiyəyə qazın satılması ilə bağlı məsələlər (həcmi və qiyməti) tez biz zamanda müəyyənləşəcək: «Bu istiqamətdə, həmçinin qazın tranziti ilə bağlı da tərəflər arasında danışıqlar davam edir, ARDNŞ öz tərəfdaşları ilə məsləhətləşmələr aparır».

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda yataqda hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracının ildə 30-35 mlrd. kubmetrə çatacağı gözlənilir. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün bildirək ki, Türkmənistan üçün bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üçün isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR