Bank Of Baku

Azərbaycan Naxçıvanda yeraltı qaz anbarlarının inşası ideyasından imtina edib

Azərbaycan Naxçıvanda yeraltı qaz anbarlarının inşası ideyasından imtina edib
# 13 avqust 2009 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarlarının tikintisi layihəsinin icrasından imtina edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq Naxçıvanda yeraltı qaz anbarlarının inşası üçün kəşfiyyat quyusu qazılıb. Mütəxəssislərin fikrincə, Naxçıvanda yeraltı qaz anbarları deyil, sıxılmış qaz anbarlarının tikintisi daha məqsədəuyğundur: «Naxçıvanın geologiyası yeraltı qaz anbarlarının tikilməsinə imkan vermir və burada məhz sıxılmış qaz anbarları inşa olunacaq».

ARDNŞ-ın rəhbəri həmçinin qeyd edib ki, artıq sıxılmış qaz anbarlarının inşasına dair layihənin sifarişi verilib: «Qətər və ABŞ kimi ölkələrdə analoji anbarlar mövcuddur. Anbarın ilkin olaraq tutum həcmi 90 mln. kubmetr, sonra isə 150 mln. kubmetrə çatdırılacaq. Bu da qış aylarında Naxçıvanın qazla təchizatını təmin edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR