Bank Of Baku

Azərbaycan qaz anbarlarının həcmini 3 dəfə artıracaq

Azərbaycan qaz anbarlarının həcmini 3 dəfə artıracaq
# 13 avqust 2009 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qaz anbarlarının həcmi perspektivdə 5 mlrd. kubmetrə çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda ölkədə qaz anbarlarının genişləndirilməsi proqramı həyata keçirilir. Belə ki, Kalmaz və Qaradağ qaz anbarlarında işlər davam etdirilir - quyular təmir olunur, yeni borular çəkilir və bir sıra digər işlər aparılır: «Biz Kalmaz və Qaradağ anbarlarının qaz təminatı üçün 47 km 1 200 düyümlük boru xəttinin çəkilməsi işlərinə başlamışıq. Ümumiyyətlə, bu ilin sonunda ölkənin qaz anbarlarında 1,8-1,9 mlrd. kubmetr təbii qaz olacaq».

ARDNŞ rəhbəri həmçinin bildirib ki, artıq 2009-cu ilin sonunda qaz anbarlarının təmirinin ilk fazası başa çatacaq, 2010-cu ilin qazvurma mövsümünə isə yeni qaz kompressor stansiyalarının quraşdırılması, yeni xətlərin inşası, quyuların təmiri gələn il başa çatacaq: «Gələcəkdə ölkənin qaz anbarlarının tutum həcmi 3 mlrd. kubmetrə, perspektivdə isə 5 mlrd. kubmetrə çatdırılacağı gözlənilir. Bu da Azərbaycanın qaz təminatını yaxşılaşdıracaq və ixrac həcmini artırmağa imkan yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR