Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda «Azəriqaz» İstehsalat Birliyi yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda «Azəriqaz» İstehsalat Birliyi yaradılıb
# 13 avqust 2009 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan təşkilatlar yenidən təşkil olunub və onların bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi yaradılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yenidən təşkil olunan təşkilatlar sırasına «Azəriqaznəql» İB, «Yeraltı qaz saxlama» İstehsalat İdarəsi, «Bakı Baş İstehsalat» Qaz İdarəsi, «Təbii qazın qəbulu və satışı» MMC, «Naxçıvan qaz» MMC, «Nəqliyyat» Törəmə Səhmdar Cəmiyyəti, «Azəriqazsazlama» Səhmdar Cəmiyyəti, «Təmir-tikinti» İdarəsi, həmçinin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR