Bank Of Baku

Sabah Yasamal rayonunun qaz təchizatında fasilələr olacaq

Sabah Yasamal rayonunun qaz təchizatında fasilələr olacaq
# 13 avqust 2009 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Dairəvi Avtomobil Yolu kommunikasiyalarının köçürülməsi ilə əlaqədar olaraq avqustun 14-də Azərbaycan paytaxtının Yasamal rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, kommunikasiyaların köçürülməsi ilə bağlı avqust ayının 14-də səhər saat 09:00-dan etibarən «Qanlı Göl» Qazpaylayıcı Stansiyasından qazın təchizatı müvəqqəti dayandırılacaq. İş görülən müddətdə Yasamal rayonunun Yeni Yasamal-1, Yeni Yasamal-2 massivlərində, eləcə də 2-ci Alatava qəsəbəsinin bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq. İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR