Bank Of Baku

Boqdan Sokolovski: İlin sonuna qədər Ukrayna hökuməti Odessa-Brodı neft kəmərinin avers rejiminə keçirilməsinin tarixini müəyyən edəcək

Boqdan Sokolovski: İlin sonuna qədər Ukrayna hökuməti Odessa-Brodı neft kəmərinin avers rejiminə keçirilməsinin tarixini müəyyən edəcək
# 13 avqust 2009 15:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Ukrayna prezidentinin beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski əmin olduğunu bildirib ki, bu ilin sonuna qədər Ukrayna Nazirlər Kabineti Odessa-Brodı neft kəmərinin layihə (avers) rejiminə keçirilməsinin tarixini müəyyən edəcək. APA-nın UNİAN-a istinadən xəbərinə görə, bu barədə B.Sokolovski Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, layihənin reallaşdırılmasının təxirə salınmasına səbəb yoxdur: “Çünki onun üçün artıq ehtiyat baza – Azərbaycan nefti tapılıb”.
Xatırladaq ki, bu ilin aprel ayında Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri zamanı Odessa-Brodı layihəsində əməkdaşlıq məsələsi də müzakirə olunub. Rəsmi Bakı bu layihədə maraqlı olduğunu bir daha təsdiq edib.
24 aprel 2009-cu ildə “Sarmatiya” (Polşa) beynəlxalq boru kəməri şirkətinin iştirakçıları ümumi iclasda layihənin texniki-iqtisadi əsaslandırılmasını təsdiq ediblər. buna əsasən layihənin reallaşdırılmasının dəyəri neftin nəqli həcmindən asılı olaraq 2-8 milyard dollar təşkil edir. 2008-ci ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Gürcüstanın “Georgian Oil and Gas Corporation” və Litvanın “Klaypedos Nafta” şirkətləri “Sarmatiya” Ukrayna-Polşa şirkətinin təsisçiləri sırasına daxil olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR