Bank Of Baku

Türkmənistan İrana satdığı qazın həcmini iki dəfədən çox artırır

Türkmənistan İrana satdığı qazın həcmini iki dəfədən çox artırır
# 14 avqust 2009 07:24 (UTC +04:00)
Bakı – APA. Türkmənistan İrana satdığı qazın həcmini artırır. APA-nın “Kommersant” qəzetinə istinadən xəbərinə görə, 2009-cu ilin dekabrında Dövlətabat-Səraxs-Xangəran qaz kəmərinin əlavə xətti istifadəyə veriləcək. Bu isə Rusiyanın “Qazprom” şirkəti ilə münaqişə vəziyyətində olan rəsmi Aşxabada İrana satdığı qazın həcmini ildə 8 milyard kubmetrdən 20 milyard kub metrə çatdırmağa imkan verəcək.
Qeyd edək ki, hazırda türkmən qazının ən böyük alıcıları Rusiya və İrandır. Türkmənistanın ən böyük qaz yatağı olan Dövlətabat yatağından Rusiyaya ildə 30-42 milyard qaz ixrac olunurdu. Bu ilin aprelində Rusiyaya qaz ixrac kəmərinin Türkmənistan-Özbəkistan sərhədində partladılmasından sonra “Qazprom” türkmən qazını almaqdan imtina edib. Türkmənistan isə kəmərin partladılmasında Rusiyanı ittiham edərək, “Qazprom”la bütün qaz layihələrini dondurub. Bu səbəbdən hazırda Qərbdə Türkmənistana Rusiyadan yan keçəcək “Nabucco” layihəsinin potensial təchizatçısı kimi baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR