Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödənişi artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişi artırıb
# 14 avqust 2009 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 99,413 mln. manat vəsait ödəyib ki, ötən ayla müqayisədə ödənişin həcmi 12,4% artıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında həmin göstərici 496,436 mln. manat təşkil edib.

Bundan başqa, 2009-cu ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 8,572 mln. manat vəsait köçürüb. Bu da, ötən ayla müqayisədə 20,5% azdır. Cari ilin ilk 7 ayında isə Şirkət tərəfindən DSMF--ya 61,395 mln. manat vəsait köçürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR