Bank Of Baku

ABŞ-ın sənaye istehsalında son 9 ayda ilk dəfə artım qeydə alınıb

ABŞ-ın sənaye istehsalında son 9 ayda ilk dəfə artım qeydə alınıb
# 15 avqust 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-da sənaye istehsalının həcmi 2009-cu ilin iyulunda 0,5% artıb. “APA-Economics”in məlumatına görə, son 9 ay ərzində ilk dəfədir baş verən artımın əsas səbəbi ölkənin avtomobil sektorunda satışların artması olub. Nəticədə avtomobil sənayesində istehsalın artımı 20% təşkil edib.
Qeyd edək ki, böhran nəticəsində avtomobil satışının kəskin azalmasının qarşısını almaq məqsədi ilə stimullaşdırma proqramının tətbiqinə başlayıb. Proqrama uyğun olaraq köhnə avtomobili təhvil verərək yenisini alan şəxsə dövlət 4,5 min dollar vəsait ödəyir. Bunun nəticəsində iyul ayında avtomobillərin satışı ötən ilin sentyabr ayının səviyyəsinə çataraq 11,2 mln. avtomobil təşkil edib.
Qeyd edək ki, avtomobil sektoru nəzərə alınmazsa, iyul ayında ABŞ sənayesində 0,1%-lik azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR