Bank Of Baku

Azərbaycanda təbii qazdan istifadə haqqının yığımı iyulda 65% olub

Azərbaycanda təbii qazdan istifadə haqqının yığımı iyulda 65% olub
# 17 avqust 2009 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycanda təbii qazdan istifadə haqqının yığımı üzrə İmişli rayonunda ən yüksək, Hacıqabul rayonunda isə ən aşağı göstərici qeydə alınıb.

«Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində İmişlidə qaz haqqının yığımı 139,9%, Hacıqabulda isə 30,4% təşkil edib. Bundan başqa, iyulda yüksək göstəricilər Yardımlı (104%), Oğuz (115,9%), Ağdam (105,3%), Zaqatala (102,4%) və Lerik (100,4%) rayonlarında müşahidə olunub. Aşağı göstəricilər isə Cəlilabad (38,6%), Dəvəçi (39,9%), Neftçala (40,1%), Masallı (41,5%), Naftalan (43,8%) və Gəncə (46%) şəhər və rayonlarında qeydə alınıb.

Cari ilin yanvar-iyul ayları ərzində isə təbii qaz haqqının yığımına görə ən yüksək göstəriciyə Siyəzən (159%), ən aşağı göstəriciyə isə Neftçala (42%) malik olub.

Bakı şəhərinə gəldikdə isə, burada qaz haqqının yığımı iyul ayı ərzində 60,7%, yanvar-iyul ayları ərzində isə 62% təşkil edib. İyulda Bakıda ən yüksək göstərici Nərimanov rayonu üzrə (90%), ən aşağı göstərici isə Xətai rayonu üzrə (44,7%) qeydə alınıb. Yanvar-iyul aylarında isə paytaxtda yüksək göstəriciyə Qaradağ rayonu (89,9%), aşağı göstəriciyə isə Nizami rayonu (45,7%) malik olub.

Qeyd edək ki, ümumiyyətlə, ölkə üzrə 2009-cu ilin ilk yeddi ayı ərzində təbii qazdan istifadə haqqının yığımı üzrə göstərici 66,1%, təkcə iyul ayı üzrə isə 65% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR