Bank Of Baku

Azərbaycanda elektrik enerjisi haqqının yığımı iyulda 94%-ə çatıb

Azərbaycanda elektrik enerjisi haqqının yığımı iyulda 94%-ə çatıb
# 17 avqust 2009 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycanda istehlak olunmuş elektrik enerjisi haqqının yığımı üzrə Mingəçevir şəhərində ən yüksək, Cəlilabad rayonunda isə ən aşağı göstərici qeydə alınıb.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində Mingəçevirdə elektrik enerjisi haqının yığımı 111,9%, Cəlilabadda isə 76,6% təşkil edib. Bundan başqa, iyulda yüksək göstəricilər Ağstafa (109,8%), Siyəzən (107%), Qax (101%), Tərtər (100,9%), Dəvəçi (100,8%), Şamaxı (100,6%), Oğuz (100,4%) və Şirvan (100,2%) şəhər və rayonlarında müşahidə olunub. Aşağı göstəricilər isə Masallı (73%), Ağsu (77,2%), Goranboy (79,6%), Daşkəsən (80,7%), Astara (81,7%), Quba (84,2%) və Xaçmaz (84,5%) şəhər və rayonlarında qeydə alınıb.

Cari ilin yanvar-iyul ayları ərzində isə elektrik enerjisi haqqının yığımına görə ən yüksək göstəriciyə Hacıqabul (116%), ən aşağı göstəriciyə isə Ağdam (66,4%) malik olub.

Bakı şəhərinə gəldikdə isə, burada elektrik enerjisinin yığımı iyul ayı ərzində 95,5%, yanvar-iyul ayları ərzində isə 87,9% təşkil edib. İyulda Bakıda ən yüksək göstərici Yasamal rayonu üzrə (106,3%), ən aşağı göstərici isə Nərimanov rayonu üzrə (80,3%) qeydə alınıb. Yanvar-iyul aylarında isə paytaxtda yüksək göstəriciyə Nizami rayonu (97,5%), aşağı göstəriciyə isə Sabunçu rayonu (73,3%) malik olub.

Qeyd edək ki, ümumiyyətlə ölkə üzrə 2009-cu ilin ilk yeddi ayı ərzində elektrik enerjisi haqqının yığımı üzrə göstərici 86,9%, təkcə iyul ayı üzrə isə 94% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR