Bank Of Baku

Azərbaycanın sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5% azalıb

Azərbaycanın sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5% azalıb
# 18 avqust 2009 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda istehlakçılara istehsal edilmiş sənaye məhsulunun 99,9%-i göndərilib. Cari ilin avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 206,2 mln. manatlıq və ya iyul ayının 1-i ilə müqayisədə 10,5 mln. manat, yəni 4,9% az hazır məhsul ehtiyatı olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ehtiyatların daha çox hissəsi – 60,8%-i Bakı şəhərinin payına düşüb, qalan hissəsi isə – 10,3%-i Sumqayıt, 2,4%-i Gəncə, 2,9%-i Şirvan, 1,5%-i Mingəçevir şəhərlərinin, 2,9%-i Şəki, 3,9%-i Saatlı və digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.

Sənaye müəssisələrinin anbarlarında öz istehsalı olan məhsullardan əlavə başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 23 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR