Bank Of Baku

Bu ilin birinci yarısında «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsi üzrə əsaslı məsrəflər 488 mln. dollar təşkil edib

Bu ilin birinci yarısında «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsi üzrə əsaslı məsrəflər 488 mln. dollar təşkil edib
# 18 avqust 2009 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə 348 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 488 mln. dollar əsaslı məsrəflər xərclənib.

Layihənin iştirakçısı və operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2009-cu il üçün AÇG layihəsi üzrə əməliyyat məsrəfləri 839 mln. dollar, əsaslı məsrəflər isə 1,639 mlrd. dollar həcmində proqnozlaşdırılır.

Hasilata gəldikdə isə, 2009-cu ilin birinci yarısı ərzində «BP-Azerbaijan» şirkəti «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından təxminən 146 mln. barel (20 mln. ton) neft hasil edib ki, bu da gündə orta hesabla 806 min bareldən çoxdur. Bunun 111,7 mini «Çıraq» platformasının, 173,2 mini «Mərkəzi Azəri», 266,8 mini «Qərbi Azəri», 142,8 mini «Şərqi Azəri», 111,6 mini isə «Dərinsulu Günəşli» platformasının payına düşür.

Qeyd edək ki, AÇG blokunun işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR