Bank Of Baku

Azərbaycanda istehsal edilən neft məhsullarının 40%-i isə ixrac olunur

Azərbaycanda istehsal edilən neft məhsullarının 40%-i isə ixrac olunur
# 18 avqust 2009 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılara göndərilmiş (ixrac da daxil olmaqla) 3,5 mln. ton neft məhsullarının 60%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 40%-i isə ixrac olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, neft məhsullarının 37%-ni dizel yanacağı, 19,8%-ni avtomobil benzini, 12%-ni aviasiya üçün və sair ağ neft, 6,7%-ni mazut yanacağı, 3,9%-ni neft bitumu, 2,5%-ni mayeləşdirilmiş qazlar, 0,5%-ni sürtgü yağları, 17,6%-ni isə digər məhsullar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR