Bank Of Baku

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərin istifadəsi proqnozun 27%-nə çatıb

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərin istifadəsi proqnozun 27%-nə çatıb
# 19 avqust 2009 07:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında «BP-Azerbaijan» şirkəti Bakı-Tiflis-Ceyhan (BTC) əsas neft boru kəməri üzrə 2009-cu ildə nəzərdə tutulmuş əsaslı xərclərin 26,5%-dən istifadə edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə BTC üzrə əsaslı xərclər 143 mln. ABŞ dolları məbləğində planlaşdırılıb ki, ilin birinci yarısında bu məbləğin 38 mln. dolları xərclənib.

Şirkətdən həmçinin bildirilib ki, 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhan limanında yüklənməsindən 2009-cu ilin ikinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 87 mln. ton xam neft Ceyhanda 824 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Həmin müddət ərzində BTC ilə ixrac edilmiş kondensatın həcmi isə təxminən 2 mln. ton olub.

Xatırladaq ki, «BP-Azerbaijan» şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Son 15 il ərzində şirkət 6 dəniz istismar platforması, 2 neft və qaz ixrac boru kəməri və dünyada neft və qaz emal edən ən böyük terminallardan biri daxil olmaqla, bir sıra dünya səviyyəli qurğular inşa edib.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında rəsmən istifadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir.

BTC-nin əsas səhmdarları sırasına BP (30,1%), «AzBTC» (25%), «Chevron» (8,90%), «StatoilHydro» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,40%); INPEX (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR