Bank Of Baku

«BP-Azerbaijan» şirkəti I yarımillikdə Səngəçal terminalından gündə orta hesabla 806 min bareldən artıq neft ixrac edib

«BP-Azerbaijan» şirkəti I yarımillikdə Səngəçal terminalından gündə orta hesabla 806 min bareldən artıq neft ixrac edib
# 19 avqust 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında «BP-Azerbaijan» şirkətinin Səngəçal terminalından gündə orta hesabla 806 min bareldən artıq neft və 665,5 mln. kub futdan artıq qaz ixrac olunub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, terminalın bütün texniki emal sistemlərinin gücü hazırda gündə 1,2 mln. barel neft və 39,5 mln. kubmetr qaz təşkil edir.

Terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi mayın 1-də olub. Belə ki, həmin gün terminal 1 001 270 barel nefti texniki emaldan keçirib və ixrac edib. Bunun 846 340 bareli Bakı-Tiflis-Ceyhan boru kəməri, 88 674 bareli Qərb İxrac Boru Kəməri ilə (Bakı-Supsa) ötürülüb, qalan 66 256 barel neft isə dəmir yolu ilə ixrac olunub.

Qeyd edək ki, Səngəçal terminalından dünya bazarlarına neft əsasən BTC, təbii qaz isə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilir. Qərb İxrac Boru Kəməri marşrutu da hazırda istismardadır və 2009-cu ilin birinci yarısında Qara dəniz sahilindəki Supsa terminalına gündə 91 min bareldən artıq neft nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR