Bank Of Baku

“Qazprom” Türkiyənin ən böyük qazpaylayıcı şirkətinin nəzarət səhm paketini ələ keçirib

“Qazprom” Türkiyənin ən böyük qazpaylayıcı şirkətinin nəzarət səhm paketini ələ keçirib
# 19 avqust 2009 10:38 (UTC +04:00)
Ankara-APA. “Qazprom” şirkəti Türkiyənin “Bosphorus Gas Corporation A.S” qazpaylayıcı şirkətinin səhmlərinin nəzarət paketini alıb. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, “Qazprom”un törəmə şirkəti olan “Gazprom Germania ZMB” ilin ikinci yarısında “Bosphorus Gaz”ın malik olduğu səhmlərinin faizini 40-dan 51-ə çatdırmaq niyyətindədir. Perspektivdə isə Rusiyanın qaz nəhəngi Türkiyə şirkətinin səhmlərinin 71 faizini almaq niyyətindədir. Qeyd edək ki, “Bosphorus Gaz Corporation” “Mavi axın” qaz kəməri işə düşdükdən sonra – 2003-cü ildə İstanbulda qeydiyyatdan keçib. 2004-cü ildə isə “Gazprom Germania ZMB” bu şirkətin səhmdarları siyahısına daxil olub. Hazırda Türkiyənin mavi yanacaq bazarının 3 faizi ““Bosphorus Gaz Corporation”a məxsusdur. 2005-ci ildə bu şirkət 15 il ərzində hər il istehlakçılara 750 milyon kubmetr mavi yanacaq satmaq hüququ qazanıb.
Xatırladaq ki, Rusiya 1984-cü ildən Türkiyəyə mavi yanacaq satır. Hazırda Türkiyə Rusiya qazının istehlakçıları sırasında İtaliya və Almaniyadan sonra üçüncü yeri tutur. 2008-ci ildə Rusiyadan Türkiyəyə 23,9 milyard kubmetr qaz nəql olunub. Mavi yanacağın nəqlini “Qazprom”un törəmə şirkəti olan “Gazprom export” həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR