Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə 16% azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə 16% azalıb
# 20 avqust 2009 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 29,2 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 15,8% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 75,5%-i Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 22,1 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% az neft ötürülüb.

Bununla yanaşı, hesabat dövründə BTC kəməri ilə 1 mln. ton Qazaxıstan nefti ötürülüb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə 7,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3% çox qaz nəql edilib. Nəql edilən qazın 1/3 hissəsi Bakı-Tiflis-Ərzurum qaz boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 3,2 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR