Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Pirallahı» yatağında iki yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Pirallahı» yatağında iki yeni quyu istismara verib
# 20 avqust 2009 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Abşeronneft» NQÇİ-nin «Pirallahı» yatağında Qirməki Altı Lay Dəstəsindən 2 yeni quyu qazmadan istismara daxil edilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, qazma işləri Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilib. İstismara verilmiş 716 nömrəli quyu 1 440 metr dərinlikdən sutkada 7 ton neft verir. Bundan başqa, 1 420 metr dərinliyə qazılmış digər, 718 nömrəli quyunun sutkalıq neft hasilatı da 7 ton təşkil edir.

Qeyd edək ki, «Pirallahı» yatağı 1902-ci ildə istismara daxil edilib. Yataqda istismara verilmiş 44 nömrəli birinci quyu sutkalıq 3,2 ton neft debiti ilə işə düşüb. Ötən 107 il ərzində yataqdan 27 mln. tondan artıq neft hasil edilib. Son hesablamalara əsasən, yatağın qalıq çıxarılabilən neft ehtiyatının həcmi 2 mln. tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR