Bank Of Baku

«Petkim» şirkəti «BP Gas»dan qazdoldurma və saxlama parkı alıb

«Petkim» şirkəti «BP Gas»dan qazdoldurma və saxlama parkı alıb
# 20 avqust 2009 10:48 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) səhmdarı olduğu Türkiyənin «Petkim» neft-kimya kompleksi «BP Gas» şirkətinin İzmirdə yerləşən qazdoldurma və saxlama parkının alınmasına dair müqavilə imzalayıb.

«APA-Economics»in BNE portalına istinadən (www.businessneweurope.eu) verdiyi məlumata görə, müqaviləyə əsasən, «Petkim» ümumi tutumu 4,8 min kubmetr olan LPG (sıxılmış neft qazı) çənləri, LPG yükləmə platforması, doldurma trapı, su çəni və 25,677 min kv. metr ərazidə yerləşən inzibati binanın daxil olduğu parkın alınmasına 5 mln. türk lirəsi ödəyəcək.

Yeni infrastrukturun alınması «Petkim» şirkətinə xammal saxlama imkanını artırmağa imkan verəcək.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib. ARDNŞ 2008-ci ildə «Petkim»ə 47 mln. ABŞ dolları məbləğində sərmayə yatırdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR