Bank Of Baku

Qətər «Nabucco» kəmərinə qoşulacaq

Qətər «Nabucco» kəmərinə qoşulacaq
# 20 avqust 2009 12:02 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Türkiyə və Qətər iki ölkəni birləşdirən təbii qaz magistral kəmərinin çəkilməsi istiqamətində müzakirələrə başlayıb. Kəmərin Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ərazisindən çəkilməsi planlaşdırılır.

«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, ilkin planlara görə, sözü gedən boru xəttinin Türkiyə ərazisində «Nabucco» boru kəmərinə birləşdirilməsi nəzərdə tutulur.

Artıq tərəflər arasında boru kəmərinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün işçi qrupu yaradılıb.

Belə ki, Qətər Avropa İttifaqının ən iri qaz tədarükçülərindən biri olsa da, bu ölkədən Avropaya mavi yanacaq əsasən LNG (sıxılmış təbii qaz) formasında ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR