Bank Of Baku

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər I yarımillikdə 1 mln. dollar təşkil edib

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər I yarımillikdə 1 mln. dollar təşkil edib
# 20 avqust 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında «BP-Azerbaijan» şirkəti Cənubi Qafqaz boru kəməri (Bakı-Tiflis-Ərzurum - BTƏ) ilə əlaqədar fəaliyyətə 1 mln. ABŞ dolları məbləğində əsaslı xərclər sərf edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütün il üçün isə BTƏ üzrə əsaslı xərclərin həcmi 15 mln. dollar olacağı gözlənilir.

Bundan başqa, 2009-cu ilin birinci yarısında sözügedən boru kəmərinin orta ötürücülük gücü gündə təxminən 17 mln. kubmetr qaz və ya gündə 99 min bareldən artıq neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, BTƏ kəməri 2006-cı ilin sonlarında işə salınaraq Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyəyə «Şahdəniz» qazını çatdırır. Kəmərin əsas sərmayədarları BP (texniki operator -25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «Lukoil» (10%), «NİKO» (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR