Bank Of Baku

ARDNŞ-in Geologiya və Topoqrafiya İdarəsi Böyük Şor gölünün qurudulmasına dair işlərə başlayıb

ARDNŞ-in Geologiya və Topoqrafiya İdarəsi Böyük Şor gölünün qurudulmasına dair işlərə başlayıb
# 21 avqust 2009 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya və Topoqrafiya İdarəsi Bakıda yerləşən Böyük Şor gölünün qurudulmasına dair işlərə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda idarənin mütəxəssisləri tərəfindən ərazidə qrunt süxurlarının tərkibi və xüsusiyyətləri öyrənilir. Bundan başqa, 50 hektarlıq ərazidə 10 metr və daha artıq dərinlikdə 28 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Daha 15 quyuda isə statistik araşdırmalar və süxurların kompleks laborator yoxlamaları aparılacaq. Qurudulmuş ərazilərdə qazma işlərinə başlanılıb və artıq 16 geoloji quyu qazılıb. Qrunt nümunələri və monolitlər idarənin stasionar geoloji-mühəndis laboratoriyalarında tədqiq ediləcək. Geoloq və topoqrafların tədqiqatları müsbət nəticə verərsə, gələcəkdə Böyük Şor gölünün yerləşdiyi ərazidə idman kompleksinin tikilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR