Bank Of Baku

Gələn ilin II rübündə Xəzərdəki «Dərinsulu Günəşli» yatağında daha 5 quyu suvurma sistemi quraşdırılacaq

Gələn ilin II rübündə Xəzərdəki «Dərinsulu Günəşli» yatağında daha 5 quyu suvurma sistemi quraşdırılacaq
# 21 avqust 2009 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin ikinci rübündə «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Dərinsulu Günəşli» (DərSG) yatağında daha 5 quyu suvurma sistemini quraşdırmaq niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, keçən ilin yayında DərSG yatağında suvurma işlərinə başlamağa imkan verən Cənub və Şimal manifoldlarının suvurma sistemlərinin quraşdırılmasından və istismara verilməsindən sonra DərSG-nin Şərq manifoldunun və çərçivə üzərinə bərkidilmiş müvafiq sualtı paylama şlanqlarının (SPŞ) quraşdırılması başa çatdırılıb: «Bu günədək ümumilikdə 8 quyu üçün suvurma sistemlərinin quraşdırılması və istismara verilməsini başa çatdırmışıq. Qalan beş quyu üçün bu sistemlərin quraşdırılması və istismara verilməsinin başa çatdırılması 2010-cu ilin ikinci rübünə planlaşdırılır ki, bunlardan ikisi DərSG Şərq manifoldu quyularıdır və üçü Şimal və Cənub manifoldlarındadır. Ümumiyyətlə, bu sistemlər bizə DərSG platformasından 3,2 km və 5,2 km arasında bir məsafədə yerləşən 3 sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə DərSG kollektoruna gündə 530 min barel su vurmağa imkan verəcək».

Şirkətdən həmçinin bildirilib ki, bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk əhəmiyyətli sualtı işlənmələridir və AÇG, Şahdəniz və digər yataqlarda Xəzər sualtı işlənmələri üçün yol açır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR