Bank Of Baku

«BP-Azerbaijan» gələn ay Səngəçal Terminalında yeni qurğuları istismara verəcək

«BP-Azerbaijan» gələn ay Səngəçal Terminalında yeni qurğuları istismara verəcək
# 21 avqust 2009 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının sonunda «BP-Azerbaijan» şirkəti Səngəçal Terminalının Genişləndirmə Proqramının (STGP) IV və V fazaları üçün nəzərdə tutulmuş qurğuları istismara verəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, keçən ilin sonunda layihənin ilkin fazaları (I, II və III fazalar) başa çatdırılıb və bu ilin mart ayında lay sularının «Mərkəzi Azəri» platformasına göndərilməsinə başlanılıb. İyul ayının əvvəllərindən etibarən isə lay suları artıq yenidən dənizdə «Azəri-Çıraq-Günəşli» (AÇG) yatağına vurulur: «Layihənin qalan IV və V fazaları üçün nəzərdə tutulmuş qurğular bu il sentyabr ayının sonunadək terminalda istismara veriləcək».

Bundan başqa, şirkətdən bildirilib ki, bu ilin sentyabr ayında AÇG səmt qazı üçün yeni qaz kondensasiya temperaturuna nəzarət qurğusunun istismara verilməsi də həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR