Bank Of Baku

«BP-Azerbaijan» 2010-cu ilədək «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bir sıra tikinti layihəsi həyata keçirəcək

«BP-Azerbaijan» 2010-cu ilədək «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bir sıra tikinti layihəsi həyata keçirəcək
# 24 avqust 2009 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda 2010-cu ilədək bir sıra tikinti layihələri həyata keçirmək niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin III rübündə yataqlar blokunda lay suları qurğularının artıq tam istismara veriləcəyi planlaşdırılır, «Dərin Sulu Günəşli» (DərSG) yatağının Şərq manifoldu isə 2009-cu ilin IV rübündə istifadəyə veriləcək. Bundan başqa, 2009-cu ilin IV rübü – 2010-cu ilin I rübündə Şimal və Cənub manifoldlarında əlavə DərSG suvurma qurğuları da quraşdırılacaq. Gələn ilin ilk rübündə həmçinin «BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi»nin icra mərhələsinə keçmək niyyətindədir.

Qeyd edək ki, şirkətin tikinti işlərində podratçı vasitəsilə hazırda 200 nəfər çalışır və onların da 88%-ni Azərbaycan vətəndaşları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR