Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti məlumat bazasının yaradılması üçün tender keçirir

Azərbaycan Dövlət Neft Şirkəti məlumat bazasının yaradılması üçün tender keçirir
# 26 avqust 2009 11:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender geoloji və neft-mədən verilənləri korporativ bazasının yaradılması ilə bağlı işlərin, xidmətlərin və proqram təminatının satın alınması məqsədi ilə keçirilir.

İddiaçılar tender sənədlərini oktyabrın 1-dək ARDNŞ-a tqdim etməlidir. Tender prosedurası oktyabrın 5-də ARDNŞ-in inzibatı binasının iclas zalında keçiriləcək.

Əlavə məlumat üçün ARDNŞ-in informasiya texnologiyaları şöbəsinə və ya İT və Rabitə İdarəsinin «Geoloji-mədən verilənləri korporativ bazasının idarə edilməsi» Departamentinə müraciət etmək olar.
Əlaqə tel.: (+994 12) 521 00 46/521 05 37.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR