Bank Of Baku

Azərbaycanın emal sənayesində istehsalın həcmi 8% azalıb

Azərbaycanın emal sənayesində istehsalın həcmi 8% azalıb
# 26 avqust 2009 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın emal sənayesində istehsalın həcmi 8% azalıb və işlərin 61,3%-i qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qida məhsullarından - ətin, üzlü süd məhsullarının, qəndin, qənnadı məmulatlarının, marqarinin, pivənin, çayın, makaron məmulatlarının, meyvə-tərəvəz şirələrinin və digər məhsulların buraxılışı artıb. İstehsalın demək olar ki, hamısı qeyri-dövlət müəssisələrinin və ev təsərrüfatlarının payına düşür.

Cari il avqustun 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 22,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,9%-i qədər hazır məhsul olub.

Bununla yanaşı, 2009-cu ilin yanvar-iyul aylarında neft emalı müəssisələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 10,3% az olub və 2009-cu il avqustun 1-i vəziyyətinə neft emalı müəssisələrinin anbarlarında 34,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 16,9%-i qədər hazır məhsul olub.

Kimya sənayesi müəssisələrində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı 52,9%, rezin və plastik kütlə məmulatları istehsal edən müəssisələrdə istehsalın həcmi isə 19,3% azalıb. İyul ayında müəssisələrin anbarlarında saxlanılan hazır məhsul ehtiyatının həcmi 0,3 mln. manat azalaraq, 2009-cu il avqustun 1-i vəziyyətinə 23,9 mln. manat olub və bütövlükdə ölkə sənayesi üzrə hazır məhsul ehtiyatının 11,6%-ni təşkil edib.

Hesabat dövründə metallurgiya və hazır metal məmulatlarının istehsalı müəssisələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 61,8% az olub. Ümumi istehsalın 50,9%-i isə qeyri-dövlət bölməsinin payına düşür.

Eyni zamanda, 2009-cu ilin yanvar-iyul aylarında maşın və avadanlıqların istehsalı müəssisələrində istehsalın səviyyəsi əvvəlki ilin müvafiq dövründən 12,1%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı 21,1% azalıb, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı isə 6,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR