Bank Of Baku

Azərbaycan sənayesinin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal 5% azalıb

Azərbaycan sənayesinin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal 5% azalıb
# 26 avqust 2009 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sənayenin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində əvvəlki ilin analoji dövrü ilə müqayisədə istehsalın həcmi 4,9% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 10 973,6 mln. kVt/saat elektrik enerjisi istehsal olunub ki, onun 10,6%-i su elektrik stansiyaları, 89,4%-i isə istilik elektrik stansiyalarının payına düşüb.

Cari ilin avqustun 1-i vəziyyətinə əsas istehlakçılarda 13,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% çox avtomobil benzini, 6,2 min ton və ya 17% çox neft bitumu, 5,2 min ton və ya 2 dəfə çox daş kömürü, 359 min ton və 5,2% az mazut yanacağı, 7,1 min ton və ya 20% az aviasiya üçün və sair ağ neft, 15,2 min ton və ya 11% az dizel yanacağı, 1,7 min ton və ya 15% az sürtgü yağları ehtiyatı olub.

Bununla yanaşı, 2009-cu ilin birinci yarısında «Azərenerji» ASC-nin istilik elektrik stansiyaları tərəfindən 2 474,8 mln. kubmetr təbii qaz, (yaxud 2008-ci ilin birinci yarısı ilə müqayisədə 7% çox) və 129,7 min ton mazut yanacağı (68,6% az) sərf edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin bir kVt/saatının istehsalına şərti yanacağın xüsusi məsrəfi 1,5% azalaraq 341,9 qram, bir Qkal istilik enerjisinin istehsalına isə şərti yanacağın xüsusi məsrəfi 0,6% artaraq 198,1 kq təşkil edib.

Qeyd edək ki, cari ilin birinci yarısında istehlakçılara 7,5 mlrd. kVt/saat elektrik enerjisi və 183,4 min Qkal istilik enerjisi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR