Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Bahar» yatağında dərin kəşfiyyat quyusu qazacaq

Azərbaycan Dövlət Neft Şirkəti «Bahar» yatağında dərin kəşfiyyat quyusu qazacaq
# 28 avqust 2009 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Bahar» yatağında dərin kəşfiyyat quyusu qazmaq niyyətindədir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə artıq geoloqlar işə başlayıb. Belə ki, bu günlərdə Xəzər Dəniz Neft Donanmasının «Geofizik-1», «Geofizik-3» və «Bakı» elmi-tədqiqat gəmiləri «Bahar-2» sahəsinə çıxıb. ARDNŞ-ın Geofizika və Geologiya İdarəsinin ekspedisiyası burada 3D seysmik kəşfiyyat işləri həyata keçirəcək ki, bunun gedişində neft-qaz strukturlarının axtarışı məqsədilə məhsuldar qatın 6-8 km dərinliyinə geoloji kəsilişi tədqiq ediləcək. Bu vəzifəni yerinə yetirmək üçün Geofizika və Geologiya İdarəsinin əməkdaşları ən yeni telemetrik siqnalların qeydiyyatı sistemindən və ABŞ istehsalı olan «Skarpian» seysmik stansiyasından, həmçinin mövqedəyişmə sistemi ilə təchiz olunan «Qatar» naviqasiya sistemindən istifadə edəcək. Artıq ARDNŞ mütəxəssisləri 2008-ci ildə alınan bu avadanlıqlarla dəniz strukturlarında neftin və qazın tapılması üçün mühüm işlərə başlayıb.

Qeyd edək ki, 1968-ci ildə kəşf edilən «Bahar» yatağı ötən əsrin 80-ci illərində ölkəni mavi yanacaqla təmin edən əsas mənbə olub. Yataqdan ən yüksək hasilat - sutkada 10 mln. kubmetr qaz və 2 450 ton neft və kondensat olub. Ötən 40 il ərzində «Bahar» yatağından 128 mlrd. kubmetr qaz, 16,806 mln. ton neft və kondensat çıxarılıb. Hazırda «Bahar» yatağından sutkada 0,5 mln. kubmetrdən artıq qaz, 20-30 ton kondensat hasil edilir. Bununla yanaşı, geoloqlar həmin yatağın yaxınlığında yerləşən «Bahar-2» sahəsinin neft-qaz verimini nikbin dəyərləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR