Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi peykaltı poliqonunu yenidənqurmasını aparacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi peykaltı poliqonunu yenidənqurmasını aparacaq
# 28 avqust 2009 08:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Nabran peykaltı poliqonu və Mingəçevir təlim-tədris kombinatı yenidən qurulacaq. Bu barədə «APA-Economics»ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Mövcud kosmik aparatlarla rabitə, izləmə, müşahidə və idarəetmə şəbəkəsinin fəaliyyətinin təşkili üçün poliqonun və təlim-tədris kombinatının mövcud texniki bazalarının yeniləşməsi həyata keçiriləcək.

«Kosmik sənayenin inkişaf Proqramı» çərçivəsində Azərbaycanda istehsalçı şirkətlərin işçi-konstruktor sənədləri və lisenziyaları əsasında peyk qəbuledicilərinin yığılması üçün 2010-2013-cü illər ərzində təkliflər paketinin hazırlanaraq hökumətə təqdim edilməsi planlaşdırılır. Təkliflərdə lisenziya əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində xarici şirkətlərin iştirakı ilə peyk qurğuları üçün element bazası, ehtiyat hissələri, mini və mikropeyklər üçün avadanlıqların istehsalı öz əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR