Bank Of Baku

Azərbaycanın mədən sənayesində şəffaflıq üzrə hökumət, hasilat şirkətləri və QHT-lərin birgə iclası keçirilib

Azərbaycanın mədən sənayesində şəffaflıq üzrə hökumət, hasilat şirkətləri və QHT-lərin birgə iclası keçirilib
# 28 avqust 2009 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) tərəflərinin - MHŞT üzrə Hökumət Komissiyası, hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının birgə iclası keçirilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.

İclasda «Deloitte & Touch» audit şirkəti tərəfindən yoxlanılmış MHŞT üzrə onuncu hesabata (2008-ci il üzrə illik) dair QHT Koalisiyasının rəyi müzakirə olunub. Audit şirkətinin də iştirak etdiyi iclasda Koalisiyanın rəyində qaldırılan məsələlərə dair audit şirkəti tərəfindən əlavə məlumat verilib və bir sıra suallar cavablandırılıb. Müzakirələr nəticəsində hesabatlılığın təkmilləşdirilməsinə dair bir sıra qərarlar qəbul edilib.

İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi də müzakirə edilərək bir sıra məsələlər istisna olmaqla əsasən razılaşdırılıb. Razılaşdırılmamış məsələlər qısa müddət ərzində tam razılaşdırıldıqdan sonra sənədin imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR