Bank Of Baku

BP şirkəti 2008-ci ildə Azərbaycandakı fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib

BP şirkəti 2008-ci ildə Azərbaycandakı fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib
# 28 avqust 2009 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti 2008-ci il ərzində göstərdiyi fəaliyyətə dair hesabatın təqdimatını keçirib.

«APA-Economics»in məlumatına görə, «Davamlı inkişaf haqqında hesabat» adlanan bu sənəd ilk dəfə 2003-cü ilin yekunları üzrə dərc olunub və builki hesabat sayca artıq altıncıdır. Hesabatda şirkətin 2008-ci ildəki nailiyyət və çətinlikləri, əməliyyatlar, təhlükəsiz və etibarlı enerji, əməkdaşların inkişafı, həmçinin davamlı inkişaf layihələri haqqında ətraflı məlumat yerləşdirilib.

Qeyd edək ki, bundan bir-neçə il öncə analoji hesabat BP şirkətinin fəaliyyət göstərdiyi digər ölkələrdə də dərc olunub. Lakin sonradan, şirkətin rəhbərliyi bu hesabatı Azərbaycan, Gürcüstan və Anqolada dərc olunmasını qərara alıb.

Xatırladaq ki, «BP-Azerbaijan» şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Son 15 il ərzində şirkət 6 dəniz istismar platforması, 2 neft və qaz ixrac boru kəməri və dünyada neft və qaz emal edən ən böyük terminallardan biri daxil olmaqla, bir sıra dünya səviyyəli qurğular inşa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR