Bank Of Baku

Azərbaycan xam neft ixracını 4 dəfə azaldıb

Azərbaycan xam neft ixracını 4 dəfə azaldıb
# 28 avqust 2009 11:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 5 690 397 min ABŞ dolları dəyərində 15 598 566,6 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xam neft ümumi ixracın 79,68%-ni təşkil edib və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə xam neftin ümumi ixracda xüsusi çəkisi 14,12 faiz bəndi azalıb.

Ümumilikdə, ixrac olunmuş xam neftin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə, dəyəri isə 5,7 dəfə azalıb.

İxrac olunmuş xam neftin 1 478 605 tonu Bakı-Novorossiysk, 2 545 307,8 tonu Bakı-Supsa, 20 019 232 tonu Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri, 704 887,1 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 889 106 min dollar dəyərində 2 022 672,3 t ton neft məhsulları ixrac edilib. Neft məhsullarının ixracı 29,3% artıb, öz növbəsində, ixrac olunmuş məhsulların dəyər ifadəsi isə 45,9% azalıb.

Hesabat dövründə xam neft Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən, neft məhsulları isə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (65,33%), «Azərbaycan Hava Yolları» QSC-nin «AZAL Oil» YSM İdarəsi (30,47%), «Azneftyağ» İstehsalat Birliyi (2,83%) və «İlqar Ltd.» şirkəti (0,55%) ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR