Bank Of Baku

OPEC Rusiya Energetika Nazirliyi və bu ölkənin neft şirkətləri ilə görüşmək niyyətindədir

OPEC Rusiya Energetika Nazirliyi və bu ölkənin neft şirkətləri ilə görüşmək niyyətindədir
# 29 avqust 2009 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Neft ixracatçısı ölkələri təşkilatı (OPEC) Rusiya Energetika Nazirliyi və bu ölkənin neft şirkətləri ilə görüşmək niyyətindədir. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, OPEC görüşün Moskvada keçirilməsini təklif edib. Görüşün əsas məqsədi xam mal bazasının bərpasını təmin edən məqbul qiymətlərin müəyyənləşdirilməsi üçün birgə fəaliyyətin əlaqələndirilməsidir. Artıq Rusiyanın Energetika Nazirliyi OPEC-in bu istəyini Rusiyanın neft şirkətlərinə çatdırıb.

Qeyd edək ki, hazırda dünya bazarında neftin 1 barelinin orta qiyməti 73 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR