Bank Of Baku

Azərbaycan qazının Rusiyaya idxalı məsələsi Bakıda müzakirə olunub

Azərbaycan qazının Rusiyaya idxalı məsələsi Bakıda müzakirə olunub
# 31 avqust 2009 07:09 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Rusiya nümayəndə heyəti ARDNŞ-in Qaz İxracı İdarəsi və «Azəriqaz» İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə «Şirvanovka» qaz ölçü stansiyasına baxış keçirərək müştərək təftiş aparıblar. Danışıqlar zamanı Azərbaycan tərəfinə «Novo-Filya» qaz ölçü qovşağında (Rusiya ərazisində) yenidənqurma və bərpa işlərinin yekunlaşdığı barədə məlumat verilib.

Eyni zamanda, tərəflər Rusiyaya təbii qaz ixracının həyata keçirilməsi məqsədi ilə görülən işləri və qarşıda duran məsələləri müzakirə ediblər. Aparılan danışıqlarda Azərbaycan təbii qazının alqı-satqısı üzrə əldə olunan razılaşmanın gerçəkləşdirilməsi üçün gələcəkdə keçirilməli olan zəruri tədbirlər müəyyən olunub. Tərəflər həmçinin sentyabr ayında Azərbaycan nümayəndələrinin «Novo-Filya» qaz ölçü qovşağı ilə tanışlıq üçün Rusiyaya səfəri haqqında razılığa gəliblər.

Qeyd edək ki, «Qazprom» ilə ARDNŞ arasında imzalanmış müvafiq razılaşmaya əsasən, Azərbaycan təbii qazının Rusiyaya idxalının 2010-cu ilin yanvar ayında başlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR