Bank Of Baku

Mahmud Əhmədinejat: İran xam neftin ixracını azaltmalıdır

Mahmud Əhmədinejat: İran xam neftin ixracını azaltmalıdır
# 31 avqust 2009 09:40 (UTC +04:00)
Bakı – APA. İran özünün neft emal edən sənayesini inkişaf etdirməli və xam neftin ixracını azaltmalıdır. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejat çıxış edib.
İran lideri qeyd edib ki, neft sektoru İranı yalnız emal olunmamış xammal mənbəyinə çevirməməli, ölkədə yeni iş yerləri yaratmalı və texnoloji inkişafa təkan verməlidir: “Bu günə qədər ölkənin neft sektorunun inkişafına təsir edən əsas faktor dövlət büdcəsini doldurmaq cəhdi olub. İndi bu yanaşmanı dəyişmək vaxtıdır. Neft istehsalı yenidən milliləşdirilməlidir”.
Qeyd edək ki, İran neft və qaz ehtiyatlarına görə dünya liderlərindən biridir və yeni yataqlar kəşf etməkdə davam edir. Ölkənin neft sahəsinə “İran Milli Neft Şirkəti” tərəfindən nəzarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR