Bank Of Baku

«Azərenerji»nin Enerji Təchizat İdarəsinin xidmət etdiyi şəbəkələr üzrə istehlak 19% azalıb

«Azərenerji»nin Enerji Təchizat İdarəsinin xidmət etdiyi şəbəkələr üzrə istehlak 19% azalıb
# 31 avqust 2009 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin Enerji Təchizat İdarəsinin xidmət etdiyi şəbəkələr üzrə cari ilin yanvar-iyul aylarında ümumilikdə 2,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib və istehlakın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə müəssisə üzrə ümumi ödəniş 86,8% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 296,6 mln. kVt/saat azalaraq, 781,8 mln. kVt/saata yaxın, ödəniş isə 4,9% artaraq, 88,7% olub.

Cari ilin 7 aylıq yekununda «Şirvan» və «Mingəçevir» ŞEŞ-ləri, «Ağstafa», «Ucar», «Göyçay» və «Hacıqabul» PEŞ-ləri ümumi ödənişdə (debitor borcları nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə edib. Ən yüksək göstərici «Şirvan» ŞEŞ-də (109,1%), ən aşağı isə «Ağdam» PEŞ-də (66,4%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR