Bank Of Baku

Azərbaycanda «Füzuli» SES-in inşasına bu ilin sonunda başlayacaq

Azərbaycanda «Füzuli» SES-in inşasına bu ilin sonunda başlayacaq
# 31 avqust 2009 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonlarında Azərbaycanın Füzuli rayonunda, Yuxarı-Mil Suvarma kanalı üzərində «Füzuli» Su Elektrik Stansiyasının tikintisinə start veriləcək. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Artıq stansiyada tikintiyə hazırlıq işlərinə başlanıb. Ərazidə geoloji tədqiqat işləri aparılıb. Hazırda tikintidə istifadə olunacaq betonun istehsalı zavodunun tikintisi və ərazinin tikintiyə hazırlanması prosesi gedir.

Qeyd edək ki, 50 MVt gücündə olacaq SES-də hər birinin gücü 10 MVt olan 4 və hər birinin gücü 5 MVt olan 2 turbin yerləşdiriləcək. İstehsal edilən elektrik enerjisini enerji sisteminə ötürmək üçün 2 km-ə yaxın 110 kV-luq elektrik verilişi xətti çəkiləcək. Eyni zamanda «Böyük Haramı» və «Xələc» yarımstansiyalarını birləşdirən 110 kV-luq xəttin yenidən qurulması həyata keçiriləcək. Bunlardan əlavə, 4 km uzunluğundan şlüz kanalı da çəkiləcək. Anbarda 4 mln. kub metr həcmində su ehtiyatı yığılacaq və elektrik enerjisinin orta illik istehsalı 180 mln. kVt/saat həcmində olacaq.

Təməli 2008-ci ilin aprel ayında qoyulmuş stansiyada tikinti Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR