Bank Of Baku

Gələn ilin əvvəlində Azərbaycanda iki regional enerji paylayıcı şəbəkə müsabiqə yolu ilə idarəetməyə veriləcək

Gələn ilin əvvəlində Azərbaycanda iki regional enerji paylayıcı şəbəkə müsabiqə yolu ilə idarəetməyə veriləcək
# 31 avqust 2009 13:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin tabeliyində olan Şirvan və İmişli Regional Enerji Təchizat idarələrinin (RET) strateji investora idarəetməyə verilməsi məqsədi ilə gələn 2010-cu ilin əvvəlində investisiya müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Hazırda «Azərenerji», Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumların iştirakı ilə müvafiq sənədlər hazırlanır. Gələn ilin əvvəlində hər iki RET-in idarəetməyə çıxarılması ilə bağlı müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə ay əvvəl Lənkəran RET ləğv edilərək Şirvan RET-ə, Kürdəmir RET isə ləğv edilərək İmişli RET-in tərkibinə daxil edilib. Bununla da hər iki şəbəkənin əhatə dairəsi genişləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR